Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur.
Bakıda marketlərdən yoxa çıxan məhsul bahalaşdı: Qiyməti arta-arta gedir - Foto
Xatırladaq ki, təxminən iki ay əvvələ kimi fileni 6-7 manata çox rahatlıqla tapmaq mümkün olsa da sonradan bu toyuq məhsulunu əldə etmək müşkülə çevrilib. Sonradan satışı həyata keçirilən mağazalarda isə filenin qiyməti 8-9 manat arasında dəyişib.
Qeyd edək ki, iki ay əvvəl ilə müqayisədə filenin qiyməti 4-5 manat arasında artıb.




