Firuzəyi rəngli siferblat, İsveçrə mexanizmi və ifadəli dizayn: İnterra kolleksiyası saat ustalığını parlaq üslubla birləşdirir.
Firuzəyi rəngi diqqətdən kənarda saxlamaq mümkün deyil. O, dənizin dərinliyini, azadlığı və hərəkət enerjisini xatırladır, işıqlandırmadan asılı olaraq fərqli çalarlar alır. Məhz bu zəngin rəng tonu 150 ildən artıq tarixə malik İsveçrənin Bernhard H. Mayer brendinin İnterra modellərinin əsas fərqləndirici xüsusiyyətinə çevrilib.
Baxışları cəlb edən rəng
Firuzəyi rəngli siferblat saatı obrazın müstəqil və diqqətçəkən elementinə çevirir. O, paslanmayan poladın soyuq parıltısı ilə harmonik şəkildə uzlaşır və həm gündəlik geyimlərlə, həm də daha ciddi üslubda hazırlanmış geyim dəstləri ilə uyğunlaşır.
Kolleksiya iki variantda təqdim olunur: diametri 36 mm olan qadın modeli zərif proporsiyaları ilə seçilir, diametri 42 mm olan kişi modeli isə daha dinamik və ifadəli görünüşə malikdir. Bunun sayəsində biləyin ölçüsünə və fərdi üsluba uyğun saat seçmək mümkündür.
İnterranın dizaynı
“Interra Chronograph Turquoise” modelinin korpusu mat və cilalanmış səthlərin birləşdirildiyi 316L markalı paslanmayan poladdan hazırlanıb. Firuzəyi rəngli siferblat qumlama üsulu ilə əldə edilmiş teksturaya, üstə yerləşdirilmiş saat göstəricilərinə və Super-LumiNova örtüklü, brendə məxsus əqrəblərə malikdir. Bu örtük zəif işıqlandırma şəraitində vaxtın rahat oxunmasını təmin edir.
Model mavi tikişli qara dəri qayışla tamamlanıb. Cızıqlara davamlı sapfir şüşə əksolunmanı azaldan örtüklə təchiz edilib. Saatın suya davamlılıq göstəricisi isə 5 ATM, yəni 50 metr təşkil edir.
İsveçrə dəqiqliyi
Saatın işləməsini İsveçrə istehsalı olan Ronda 5030.D kvars mexanizmi təmin edir. Bu mexanizm saat, dəqiqə və tarixin dəqiq göstərilməsinə, həmçinin xronoqraf funksiyasının işləməsinə imkan verir.
Model üzərindəki “Swiss Made” nişanı saatın istehsalı və yığılması ilə bağlı müəyyən edilmiş İsveçrə tələblərinə uyğunluğunu təsdiqləyir. Etibarlı mexanizm “Interra Chronograph Turquoise” modelini gündəlik istifadə üçün əlverişli aksesuara çevirir.
Kolleksiya dəyərinə malik saatlar
Hər bir model cəmi 4999 ədəd olmaqla, məhdud sayda istehsal edilib. Bu, kolleksiyanın xüsusi statusunu vurğulayır və İnterranı sadəcə funksional aksesuar deyil, sahib olmaq istənilən bir əşyaya çevirir.
Firuzəyi rəngli İnterra saatları İsveçrə saat ustalığını, diqqətçəkən detalları qiymətləndirən və diqqət mərkəzində olmaqdan çəkinməyən insanlar üçün yaradılıb.
QNET Haqqında
QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-sahibkarı birləşdirib.
Şirkət RYTHM – “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir. QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir.
Daha ətraflı məlumat üçün:
www.qnet.net



