Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xarici ölkələrdən 351 ton 80 kiloqram təzə albalı və gilas idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan məhsulların ümumi dəyəri 476,9 min dollar olub.
İdxal edilən albalı və gilasın 1 kiloqramının orta gömrük dəyəri 1 dollar 36 sent (2 manat 31 qəpik) təşkil edib.
Qeyd edək ki, təzə albalı və gilas Azərbaycana bu ölkələrdən gətirilib:
Türkiyə – 242,44 ton (1 kiloqramının orta gömrük dəyəri 2 manat 29 qəpik);
İran İslam Respublikası – 108,31 ton (2 manat 29 qəpik);
Çili – 0,19 ton (14 manat 23 qəpik);
Çin – 0,07 ton (21 manat 37 qəpik);
Argentina – 0,04 ton (13 manat 60 qəpik);
Avstraliya – 0,03 ton (34 manat 57 qəpik).


