“ZAASİA” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin ünvanına Gürcüstan Respublikasında yerləşən şirkətdən “səməni pivəsi” yükünə dair tərtib olunan gömrük bəyannaməsində Gömrük Məcəlləsinin tələblərinin pozulduğu aşkar olunub.
Belə ki, Gürcüstandan idxal olunmuş “səməni pivəsi”nə dair gömrük bəyannaməsi 15 gün müddətində deyil, daha sonra verilib.
“ZAASİA” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə protokol tərtib olunub.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə MMC 300 manat cərimə edilib.
Qeyd edək ki, “ZAASİA” MMC 2022-ci ildən fəaliyyət göstərir, direktoru Raqif Zalovdur.


