Bu ilin yekunlarına görə Azərbaycanın qeyri-neft-qaz ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) 4,1 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
Bu barədə "Report" 2027-ci il üzrə büdcə materiallarına istinadən xəbər verir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 3,6 milyard ABŞ dolları təşkil edib. Beləliklə, 2026-cı ildə qeyri-neft-qaz ixracının 13,9 % artması gözlənilir.
Proqnozlara görə, 2027-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 4,5 milyard ABŞ dollarına qədər artacaq.
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 20,8 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.


