Su və Meliorasiya İnstitutunun strukturu təsdiqləndi - 435 ştat vahidi müəyyənləşdi

İQTİSADİYYAT
17:25 / 18.11.2026
49

"Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun strukturunun, işçilərinin say həddinin, əməkhaqqılarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar əsasən, Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun strukturu təsdiq olunub.

Həmçinin Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.

0