Nazirlik 10 məktəb üçün 2 milyon ayırır

İQTİSADİYYAT
03:50 / 15.05.2020
1644

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhərində və Abşeron rayonunda 7 yeni məktəbin tikintisi, eləcə də 3 məktəbin əsaslı təmirinə və onlar üçün yeni korpusların inşası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 10 açıq tenderə yekun vurub.

Axar.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlerin qalibləri "Sosial-İnkişaf Layihə" (5 tender), "HH Architects" (2 tender), "Feniks-AA" (1 tender) MMC-lər, "Azərdövlətsənayəlayihə" (1 tender) və "Azkommunallayihə" (1 tender) institutları olub.

Qalib şirkətlərə ümumilikdə 1 918 270 manat ödəniləcək.

0