“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC GPON (Gigabit-capable Passive Optical Network — Gigabit tutumlu passiv optik şəbəkə) şəbəkəsinin çəkilişi üçün zəruri olan mal-materialların satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Hit.az xəbər verir ki, satınalma prosesinin qalibi “Aqua Pro” MMC müəyyən edilib.
Şirkətlə bağlanmış müqavilənin ümumi məbləği 113 min 870 manatdır.
Abbas


