Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

HADİSƏ
20:47 / 02.04.2023
547
Bakıda 20 yaşlı qız yenidən itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı 2003-cü il təvəllüdlü Əfsanə yaşadığı evdən çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara. Əfsanə İsmayılova barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.
0