Güclü külək Bakıda evin damını uçurub, xəsarət alanlar var - FOTOLAR

HADİSƏ
12:12 / 04.04.2024
354

Güclü külək Bakının Səbail rayonunun Əli Nəzmi küçəsi 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damını uçurub.

"Report"un xəbərinə görə, uçmuş dam evin içərisinə tökülüb.

Nəticədə iki nəfər - 22 yaşlı Əmiraslanov Murad İlham oğlu və 52 yaşlı Həsənova Gülbəniz Ərərstun qızı xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

0