Naxçıvanda qaya uçqunu baş verdi - FOTO

HADİSƏ
15:08 / 11.04.2024
354

Güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrliyində qaya uçqunu baş verib.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətinədən HİT.az-a verilən məlumata görə, nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yolda təhlükəsiz hərəkət təmin olunub.

0