Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı - VİDEO

HADİSƏ
14:20 / 25.08.2026
56

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

HİT.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər - 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalar xəsarət alıb.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

0