2022-ci ilin 24 fevral tarixindən başlayan və hələ də davam edən Ukrayna-Rusiya müharibəsində azərbaycanlı hərbçilər də döyüşür. İndiyədək Ukrayna tərəfindən döyüşən xeyli sayda azərbaycanlı hərbçi həlak olub.
Hit.az bu il ərzində müharibədə həyatını itirənlərin bəzilərinin siyahısını hazırlayıb.
* 10 mart Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi- baş əsgər İlkin Hacıyev öldürülüb. O Donbas istiqamətində həlak olub. Qeyd edək ki, əslən Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.
* 24 mart Ukrayna Silahlı Qüvvələrinin əslən azərbaycanlı hərbçisi polkovnik-leytenant Ziya Abdullayev həlak olub. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Ukraynanın azadlığı uğrunda qəhrəmancasına döyüşən Ziya Abdullayevin Xarkovda dəfn edildiyi bildirilib.
*2 aprel 2023-cü il Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi - 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlu həlak olub. Onun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb. Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır. O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.
*18 avqust Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu. Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Rafiq Hacıqulu oğlu Əliyev Zaporojye istiqamətində həlak olub. Əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb. R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.
Aynur Əli