"Oğlumun ruhu hələ də keşik çəkir o dağlara" - Şəhid anası

HƏRBİ
12:33 / 27.09.2024
159

"Hərbi Akademiyanı bir il öncə bitirmişdi. Nişanlamışdıq. Oktyabrın birində toyu olacaqdı. Bircə balam vardı, amansız müharibə əlimizdən aldı”.

Bu fikirləri Hit.az-a şəhid leytenant Vüqar Zeynalovun anası Əmin Zeynalova səsləndirib:

“4 ildir hər gecə yuxularıma girir. Onu həmişə Qarabağ dağlarında əlində silah gəzişərkən görürəm . Geri dönüb , baxır, gülümsünür, sonra dağların  başına doğru yol alır. Ruhu hələ də keşik çəkir ,oralarda oğlumun. Çox ağlayırdım əvvəllər. Bir gün yuxumda dedi ki, səni gözü yaşlı görmək məni incidir, ağlama. Daha ağlamıram. Hiss edir, mənimlə danışır. Demək doğrudan da şəhidlər ölmürmüş. Hərbi məktəbi özü seçmişdi. Həmişə deyirdi ki, ana əsgərəm, əsgər vətən uğrunda ölər də, öldürər də. Buna hazıram, sən də hazır ol. Sanki ürəyinə damıbmış, məni də hazırlayırmış" deyən şəhid anası oğlunu itirməyin acı olduğunu desə də, qürur da duyduğunu bildirib.

"Ölümlü dünyadır. əvvəl-axır hər kəs ölür. Mənim balam Vətən yolunda şəhid olub. Bu qürurdur. Amma kaş ki, o mənim yox, mən onun çiyinlərində gedərdim, qəbir evinə", deyə Əmin Zeynalova edib.

Bu gün, 27 sentyabr Anım günündə Vüqar Zeynalov daxil olmaqla bütün şəhidlərimizi ehtiramla anır, minnətdarlığımızı bildiririk.

Murad

0