İki məşhur klubdan “Qarabağ”ın qapıçısına transfer təklifi

İDMAN
17:34 / 01.05.2020
1619

"Qarabağ”ın qapıçısı Vaqner da Silva Kiprin "Apollon” klubundan təklif almasına dair yayılan xəbərlərə münasibət bildirib.

O, "Apollon”un təklifi barədə ilk dəfə eşitdiyini bildirib: 

"Amma başqa bir Cənubi Kipr klubu - APOEL məni sıralarında görmək istəyir. Artıq mənə müraciət də ediblər. Hazırda danışıqların başlanğıc mərhələsindəyik. Bundan başqa, Yunanıstanın "Panatinaikos” klubu da mənimlə müqavilə bağlamaq istəyir. Ad çəkmək istəmirəm, Braziliya və Portuqaliyanın bəzi klublarından da təklif almışam. Hazırda isə yeni mövsüm barədə yox, koronavirusla bağlı vəziyyətdən nə vaxt çıxacağımızı düşünürəm”.

Qeyd edək ki, Vaqnerin "Qarabağ”la müqaviləsi bu yay başa çatır.

0
Mənbə: Azerisport.com, Qol.Az