CAS "Turan"la bağlı qərarını verdi

İDMAN
00:01 / 16.06.2026
101

İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz"un müraciəti ilə bağlı qərarını açıqlayıb.

Hit.Az xəbər verir ki, qurum UEFA Appelyasiya Orqanının klubumuz haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.

15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etməyəcəyik.

0