FİFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

20:56 / 14.07.2021
1407

Hazırda “Qarabağ” klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FİFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.

Hit.az xəbər verir ki, bununla bağlı bu gün FİFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

Xatırladaq ki, 30 yaşlı Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FİFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

0