Azərbaycanlı çempion qəfildən öldü

İDMAN
09:44 / 26.03.2022
1386

Çempion ürək tutmasından dünyasını dəyişib.

Hit.az-ın məlumatına görə, əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23 -də Qazaxıstanın Komenqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib.

1997-ci ildən Qazaxıstanda yaşayan N. Dəmirçi idmanın boks, kiqboks, qaydasız döyüş və K- 1 idman növləriylə məşgul olub. O boks və kiqboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub. N. Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.

1