"Beşiktaş" "Qarabağ"ın ulduzunu transfer edir

İDMAN
11:55 / 16.03.2024
394

Bu mövsüm çempionluq yarışını erkən tərk edən "Beşiktaş" növbəti mövsümə iddialı heyət qurmaq üçün səylərini davam etdirir. 

Qaynarinfo "Fotomaç"a istinadən xəbər verir ki, klubun baş koordinatoru Samet Aybaba Almaniyaya gedərək avrokubokların "Borussiya" (Dortmund) - PSV və "Bayer" - "Qarabağ" matçlarını canlı izləyib. 

Samet Aybabanın "Bayer" - "Qarabağ" matçında Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Juninyonu bəyəndiyi bildirilir. "Sambaçı"nın təsirli çıxışı və vurduğu qolla "Beşiktaş" rəsmisinin diqqətini çəkdiyi müəyyənləşib. Təcrübəli futbolçunun adı İstanbul klubunun transfer siyahısına salınaraq, rəhbərliyə təqdim ediləcəyi bildirilir. 

"Foromaç" yazır ki, keçiriləcək klubdaxili iclasda veriləcək qərardan asılı olaraq 27 yaşlı futbolçunun transferi üçün mövsümün sonunda danışıqlar başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" Jununyonu ötən yay Poruqaliyanın "Şaveş" klubundan 450 min avroya alıb. Hazırda "Transfermarkt" 27 yaşlı forvarda 1 milyon avro qiymət qoyub. Jununyo cari mövsümdə bütün turnirlərdə 42 oyuna çıxaraq, 23 qol vurub və 7 məhsuldar ötürmə edib. O, 15 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

0