"Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi

İDMAN
21:26 / 09.10.2026
158

Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranmış 19 günlük fasilə bu gün başa çatıb.

Hit.az xəbər verir ki, oyunlar 7-ci turun matçları ilə bərpa olunub.

Bu gün 2 oyun keçirilib. “Araz-Naxçıvan” ukraynalı yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk görüşünə çıxıb. Komanda evdə “Kəpəz”ə uduzub.

Günün ikinci matçında isə mərkəzi oyun keçirilib. Turnir cədvəlinin liderləri “Neftçi” ilə “Sabah” üz-üzə gəlib. Matç heç-heçə ilə başa çatıb.

 

9 oktyabr (cümə)

19:30. “Neftçi” – “Sabah” - 0:0

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev, Kamal Umudlu (VAR), Teymur Teymurov (AVAR)

“Palms Sports Arena”

 

16:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:2

Qollar: Benito, 31, Rəhman Hacıyev, 86

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov Rəvan Həmzəzadə (VAR, 

Şirmamed Mamedov (AVAR)

Şamaxı şəhər stadionu

0