Kadinin nümayəndəsi “Qarabağ”dan təklif aldıqlarını təsdiqlədi

İDMAN
20:31 / 12.06.2024
413

"Krasnodar"ın futbolçusu Kadi Borjes "Qarabağ"dan təklif alıb.

Yenisabah.az xəbər verir ki, bu haqda futbolçunun meneceri Xelsio Alisk bildirib.

"Qarabağ" həqiqətən də Kadiyə görə "Krasnodar"a təklif göndərib. Amma bundan artıq nəsə deyə bilmərəm. "Krasnodar"ın qərarını gözləyirik" - deyə o qeyd edib.

Kadi 2023-cü ilin yanvarında "Krasnodar"a "Qarabağ"dan keçib. O, 2023/24 mövsümü Rusiya klubunun tərkibində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edib.

0