"Sabah"ın futbolçusu Coy-Lens Mikelsə maraq göstərən klubların adları məlum olub.
Hit.Az Sport24.az-a istinadən xəbər verir ki, "Bursaspor"la yanaşı, I Liqaya vəsiqə qazanan "Mardin 1969" da hücumçuya rəsmi təklif göndərib.
Hətta forvarda təklif olunan maaş şərtlərinin onu qane etdiyi bildirilir.
Lakin Mikelsin ailəsinin Bakıda yaşamaq istəməsi səbəbindən transfer baş tutmayıb.
Əldə etdiyimiz digər məlumata əsasən, "Sivasspor" və "İğdır" da futbolçuya rəsmi təklif göndərən klublar sırasında yer alıb.
Xatırladaq ki, Coy-Lens Mikels "Sabah"la müqaviləsini daha iki il uzadıb. Ruanda millisinin də üzvü olan hücumçu Bakı təmsilçisi ilə bir dəfə Azərbaycan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb. Mikels Misli Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuraraq çempionatın bombardiri adına sahib çıxıb.


