Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Fransanı məğlub etdi

İDMAN
16:23 / 30.05.2026
42

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında qrupu lider kimi başa vurub.

HİT.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü matçında Fransa ilə üz-üzə gəlib.

"Tipos Arena"dakı qarşılaşma komandamızın qələbəsi ilə bitib - 3:2.

Birinci hissərə rəqib oyunçu avtoqol müəllifi olub. İkinci hissədə Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər. Qrupun digər oyununda Avstriya İtaliyanı beş cavabsız qolla üstələyib.

Daha əvvəl Avstriya (1:0) və İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi xallarının sayını 9-a çatdırıb və qrup lideri olub. Komanda növbəti mərhələyə vəsiqəni ötən tur rəsmiləşdirib. Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya 1 xalla sonuncu yeri tutub.

0