"Sabah" Cesse Sekidika ilə yollarını ayırıb

İDMAN
11:20 / 31.05.2026
45

"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb.

Klubdan Hit.az-a verilən məlumata görə, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Cesse Sekidika "Sabah"ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, "bayquşlar"ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Sekidika "Sabah"da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

0