"Qarabağ" heyətinə yeni qapçı qatır.
Qaynarinfo bu barədə Xorvatiyanın "Germanijak" saytına istinadən xəbər verir.
İddiaya görə, hazırda Xorvatiyanın "Rijeka" klubunda çıxış edən Martin Zlomisliç Ağdam klubuna keçir. Bosniya və Herseqovinanın dünya çempionatı heyətində yer alan qolkiper mundialdan sonra "Rijeka"ya geri dönməyəcək və dünya çempionatına qədər klubunu dəyişəcək.
"Germanijak"ın yazdığına əsasən, qapıçının "Qarabağ"a keçidi reallaşmaq üzrədir. Bildirilir ki, transfer artıq razılaşdırılıb və yalnız rəsmi prosedurlar qalıb.
Bu keçid nəticəsində "Rijeka" klubunun təxminən 500 min avro (təxminən 1 milyon manat) avro gəlir əldə edəcəyi gözlənilir. Beləliklə, komanda yeni mövsümə kapitanı və əsas qapıçısı olmadan başlayacaq.
Qeyd edək ki, Martin Zlomisliç karyerasına "Şiroki Brijeg" klubunda başlayıb, 2021-ci ildə "Rijeka"ya keçib və beş il bu klubun formasını geyinib.


