Azərbaycan millisinin heyətində zədələnən Xəyal Əliyevin durumuna aydınlıq gəlib.
HİT.Az İdmanxeber.az-a istinadən bildirir ki, futbolçunun ayağında yırtıq aşkarlanıb. Hazırda İspaniyada müalicəsi davam edən oyunçunun iki-üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Xəyal Əliyev "Sabah"la Çempionlar Liqası matçlarında iştirak edə bilməyəcək.
Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsində ilk oyunlar iyulun 7-8-də, cavab matçları isə iyulun 14-15-də baş tutacaq.


