DÇ-2026 başlayır: Meksika CAR-a qarşı

İDMAN
09:53 / 11.06.2026
47

2026-cı il futbol üzrə dünya çempionatı bu gün start götürəcək.

HİT.az xəbər verir ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundialın açılış oyununda A qrupunda yer alan Meksika və CAR milliləri üz-üzə gələcəklər.

Mexiko şəhərindəki 83 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunan dünya çempionatında bu arena üçüncü dəfə açılış matçına ev sahibliyi etməklə rekord göstəriciyə imza atacaq.

Qeyd edək ki, mundial iyulun 19-da Nyu-Cersidə keçiriləcək final oyunu ilə başa çatacaq.

0