"Qarabağ" Bikalyo ilə müqavilənin müddətini uzadıb

İDMAN
13:11 / 11.06.2026
97

"Qarabağ" klubu futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

Hit.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

"Köhlən atlar" braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2025-ci ildən "Qarabağ"ın formasını geyinən 24 yaşlı oyunçu 51 oyun keçirib və 1 qola imza atıb.

0