"Qara bəbir" öldü - VİDEO

MAQAZİN
22:27 / 29.08.2020
1700

Dünyaca məşhur aktyor Çadvik Bosmen həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə 43 yaşlı aktyorun “Instagram” hesabında məlumat verilib. 

Açıqlamada Bosmenə 2016-cı ildə xərçəng diaqnozu qoyulduğu və 4 ildir müalicə aldığı bildirilib. ABŞ mediasına danışan prodüser Niki Fioravante Los Ancelesdə yaşayan aktyorun xəstəliyinin dördüncü səviyyəyə yüksəldiyini və son günlərini ailəsi ilə birlikdə keçirdiyini söyləyib.

Qeyd edək ki, Çadvik Bosmen “Gods of Egypt”, “Captain America: Civil War”, “Avengers: Infinity War", “42”, “Black Panther” kimi məşhur filmlərdə rol alıb.

Bosmenin baş rol ifaçısı olduğu “Black Panther” 3 kateqoriyada “Oscar” mükafatı qazanıb.

 

0