Məşhur müğənnidən şok açıqlama: "Kasıblar gəlməsin"

MAQAZİN
12:01 / 26.05.2023
817

Türkiyəli məşhur müğənni Tuğba Ekinci son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

HİT.az xəbər verir ki, o, konsert biletlərinin baha olmasına münasibət bildirib.

Tuğba Ekinci şok açıqlama verərək, sözügedən konsertlərin varlılar üçün nəzərdə tutulduğunu deyib:
"Biletlərin bahalaşması yaxşı oldu. Pulsuz əyləncə olmur. Həyat bahalılığının hansı hansı səviyyədə olduğunu görürsünüz. Konsertlərdə əyləncə var, qadın var, musiqi var. Çalışdığımız yerlərə kasıbları gözləmirik, gəlməsinlər. Qoy, varlılar gəlsin. Qiymətlər normaldır, hətta daha da bahalı olmağı lazımdır".

Qeyd edək ki, hazırda türkiyəli müğənnilər səhnəyə çıxmaq üçün ən azı 1-2 milyon TL qonarar alırlar. Bu səbəbdən də konsert biletlərinin də qiymətləri yüksəlib. Tuğba Ekincinin bununla bağlı açıqlaması isə təpki çəkib.

Pərviz

0