Bakıda müğənni Sılaya fanatı Sıla bahalı qolbağ hədiyyə etdi - VİDEO

MAQAZİN
22:41 / 30.05.2023
538

Ötən gün məşhur müğənni Sıla Gençoğlu Bakının qonağı olub.

BAKU.WS xəbər verir ki, Bakı Konqres Mərkəzində sevənləri qarşısına çıxan ifaçı dillər əzbəri olan ifalarını səsləndirib.

Konsertinə "Velhasıl" ifası ilə start verən müğənninin musiqili proqramında maraqlı anlar yaşanıb.

Sənətçinin Sıla adlı fanatı səhnəyə çıxaraq ona üzərində Sıla adının yazıldığı bahalı qaşlarla bəzədilən qolbağ hədiyyə edib. 
Bu barədə görüntüləri "show_news" instaqram səhifəsi yayıb. 

0