Pərvin Abıyeva Türkiyədə əməliyyat olunub - FOTO 

MAQAZİN
18:00 / 18.11.2023
404

Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyeva Türkiyədə xəstəxanaya yerləşdirilib. 

HİT.az xəbər verir ki, aktrisa səhhəti ilə bağlı açıqlama yayıb.  

Abıyeva, qida borusundan əməliyyat olunduğunu bildirib: 

"Əslində sevmirəm özümü aciz göstərməyi. Amma bundan əvvəl xəstəxanadan olan paylaşımı sırf bəzi "İllərin rəfiqələri", "İllərin dostları"nı yoxlamaq üçün bölüşdüm. Düşündüm ki, bəlkə də xəbərləri yoxdur, görüb şəfa diləyərlər. Amma yox. Ay sizi saxta rəfiqələr, dostlar... Onu da qeyd edim ki, heç bir plastik əməliyyat yoxdur. Mədə, qida borusu əməliyyatıdır. Allaha çox şükür bunu da geridə qoydum. Amma siz heç vaxt məni təəccübləndirmirsiniz, mənim gözəl rəfiqələrim". 

0