Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 72 milyard 711,7 milyon manata çatıb.
Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, hesabat dövründə ölkə əhalisinin hər nəfərinə düşən nominal gəlir ayda orta hesabla 786,5 manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında adambaşına düşən aylıq nominal gəlir 719,8 manat olub.
Qeyd edək ki, bu ilin ilk 9 ayında vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan gəlirləri 64 milyard 412,9 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox olub. Əhalinin hər nəfərinə düşən sərəncamda qalan gəlir ayda orta hesabla 696,7 manat olub. Ötən ilin eyni dövründə bu göstərici 637,8 manat təşkil edib. Beləliklə, adambaşına düşən aylıq sərəncamda qalan gəlir 9,2% artıb.


