Niyaməddin Musayev qızını ölkədən getməsindən danışdı

14:33 / 26.02.2024
651

"Efirə çıxmayaq, söz deməyək? Görün bu ölkədə nə qədər pis adamlar var, hər çıxışıma bir söz qoşurlar".

Bunu Hita.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev qızının Azərbaycandan köçməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Sənətçi qızının birdəfəlik köçmədiyini qeyd edib:

"Kürəkənimin işi Kanadadadır. Gedib-gəlirlər. Bu məqsədlər onlar ilin çoxusunu orda olurlar. Amma birdəfəlik getməyiblər. Onlar gedəndə, yəni bizdən uzaq olanda darıxırıq. Kim balası üçün darıxmır ki? Hər sözdən söz düzəldirlər. Guya məni gündəmə gətirirlər".

Xalq artisti onu gündəmə gətirənlərə belə cavab verib:

"Özünüzü yormayın, mən ömrü boyu gündəmdə olmuşam".

Qeyd edək ki, Xalq artisti Niyaməddin Musayevin qızının Azərbaycandan birdəfəlik köçməsi ilə bağlı məlumat yayılıb.

Azra

0