Roza Zərgərli: "Himayədar olduğum övladlarımın yanında mənim adımı yazmayasınız".

MAQAZİN
22:52 / 07.09.2024
325
"Burdan sizə deyrəm, ricada bulunuram ki, bu gündən etibarən himayədar olduğum övladlarımın yanında mənim adımı yazmayasınız".
 
Qaynarinfo xəbər verir ki, bunu müğənni Roza Zərgəli himayədarı olduğu Corc Qafarın "Azdrama"dan işdən çıxarılması ilə bağlı məlumatda adının hallanmasına münasibət bildirərkən deyib. 
 
Müğənni mətbuata müraciət edib:
 
"Bu uşaqların himayədarı mən olmuşam. Səhv iş görməmişəm ki. Əmək, maliyyə, sevgi, ən bahalı bir şey - zaman xərcləmişəm. Bu gün Corcun işdən ayrılmasından yazmısınız. Corc da açıqlama verib. Biz bunu bilirdik. Bu hadisə Rusiyada çalışanda baş verib. Yenə də gəncin fikirlərini yazıb və sonda da Roza Zərgərlinin oğlu Corc Qafarov yazırsınız".
 
Xatırladaq ki, aktyor Corc Qafarov Akademik Milli Dram Teatrından işdən çıxarılıb. Bunun səbəbi teatrda quruluş verilən tamaşada ona həvalə olunan roldan imtina etməsidir.
 
0