Londonda aylıq 9 minlik ev tutdular

MAQAZİN
22:53 / 13.11.2024
85

Oğlunun təhsili üçün İngiltərəyə köçmək qərarına gələn Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ orada kirayə ev tutub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor həyat yoldaşı, stilist Başak Dizer və oğulları Kurt Efe ilə birgə yaşayacağı, aylığı 9 min manata yaxın olan evi birillik kirayələyib və bunun üçün 2 milyon lirəni (99 400 manat) əvvəlcədən ödəyib.

Onların bu ay Londona gedəcəyi və oğullarını uşaq bağçasına yazdıracağı bildirilir. Həmçinin qeyd olunub ki, bu müddət ərzində aktyor kulinariya təhsili də alacaq.

Xatırladaq ki, cütlüyün Londona köçəcəyi ilə bağlı məlumat yanvar ayında da yayılmışdı. Lakin onlar bu məlumatı təkzib etmişdilər. 

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 8 il əvvəl Fransanın paytaxtı Parisdə cəmi 40 nəfərin qatıldığı mərasimlə nikah masasına əyləşiblər. 2022-ci ilin aprelində isə Kurt Efe adlı oğulları dünyaya gəlib.

0