Müğənni Sevda Sanəliyeva üz prosedurları üçün müraciət etdiyi kosmetolaqdan şikayətlənib.
HİT.az xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. O bildirib ki, kosmetoloqa fərqli ünvanlardan yazıb və ona hər dəfə başqa qiymət deyilib:
"Dodaq proseduru üçün instaqram və vatsapdan yazmışam. Deyirlər ki, Sevda xanım, 300 manatdır, amma sizin üçün 200 manata edərik. İnstaqramdan yazdığımda isə cavab veriblər ki, 200 manata edirik, sizə 180 manat. Diqqətli olun əziz izləyicilər, bunlara bir neçə nömrədən yazın".



