Noutbukdan uzun müddət istifadə zamanı cihazın qasıq nahiyəsinə yaxın saxlanılması kişilərin reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə genital nahiyənin həddindən artıq isinməsi spermanın keyfiyyətinə təsir edərək sonsuzluq riskini artıra bilər.
HİT.az xəbər verir ki, bu barədə pravda.ru-ya uroloq-androloq Vladislav Qladışevin məlumat verib.
Həkimin sözlərinə görə, risk yalnız istilik təsiri ilə məhdudlaşmır. O, bəzi hallarda elektromaqnit şüalanmasının da kişi cinsiyyət hüceyrələrinin mikrostrukturuna təsir göstərə biləcəyini bildirib.
Mütəxəssis qeyd edib ki, xayalıq nahiyəsində temperaturun yüksəlməsi spermanın keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən noutbukdan istifadə zamanı düzgün oturuşa və iş yerinin təşkilinə diqqət yetirmək, cihazın qasıq nahiyəsində uzun müddət saxlanılmasından çəkinmək tövsiyə olunur.
Qladışev reproduktiv sağlamlığa təsir edən digər amillərin də olduğunu vurğulayıb. Onun sözlərinə görə, kişilərdə testosteron səviyyəsinin getdikcə daha gənc yaşlarda azalması tendensiyası müşahidə edilir. Buna görə də sağlamlığa kompleks yanaşmaq vacibdir.
Həkim sonda xatırladıb ki, kişi sağlamlığının qorunması üçün təkcə elektron cihazlardan istifadəni məhdudlaşdırmaq kifayət deyil. Onkoloji xəstəliklərin vaxtında aşkarlanması və müntəzəm tibbi müayinələr də xüsusi əhəmiyyət daşıyır.
Samir


