İnsanlar niyə xəyanət edir?

MARAQLI
21:50 / 25.01.2024
482

Xəyanət bütün zamanların aktual problemidir. İstənilən yaş dövründə, bəzən səbəbi anlaşılmaz olan xəyanət faktlarına rast gəlinir. 

Görəsən, həqiqətən, xəyanətin səbəbləri nələrdir? 

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, burada kişi və ya qadın faktorunun heç bir fərqi yoxdur: 

“Yəni burada artıq sözün kökü var , o da  xəyanətdir. Xəyanət sevgi münasibətlərinin ən əsas düşmənidir.  Xəyanət qarşılıqlı anlaşılma olmadıqda, fikirlər üst-üstə düşmədikdə də yarana bilər. Misal üçün, həm kişi, həm də onun yarısı hesab edilən qadın bir-birlərinə bağlıdırlar.  Onları bağlayan müxtəlif səbəblər, vasitələr mövcuddur, uşaqları, ailələri və s. Lakin adi bir narazılıq - hansı ki, onu səbrlə, təmkinlə aradan qaldırmaq mümkündür. Dönüb-olur qarşısıalınmaz problemə və bu da təəssüf ki, xəyanətlə nəticələnir.

Xəyanətin daha bir səbəbi şiddətli keçimsizlik, imkansızlıqdan da yaranır. Sosial mühitimizdə bu səbəbdən də xəyanətlərin baş alıb-getdiyini görə bilərik. Açığını desək, əgər qarşılıqlı sevgi, səmimiyyət varsa, belə halların yaranması ümumiyyətlə, qeyri-mümkün olar. Ancaq bu amillər olmazsa, xəyanət öz sözünü təəssüf ki, deyir”.

Sevinc

0