Bata Universitetinin rəhbərliyi altında aparılan araşdırmada 46 məməli növü təhlil edilib və maraqlı bir qanunauyğunluq müəyyən olunub: heyvanın beyni nə qədər böyükdürsə, immun sistemi bir o qədər güclü olur və ömrü də daha uzun çəkir. Bu isə o deməkdir ki, uzunömürlülük tək bir “sehrli gen”lə deyil, bütöv orqanizm sistemində baş verən dəyişikliklərlə bağlıdır.
HİT.az xəbər verir ki, bu barədə "WeLoveDogz" yazır.
Məlum olub ki, pişiklərin beyin–bədən nisbəti bir çox it cinslərindən daha yüksəkdir. Pişiklərin təkbaşına və çevik ovçu kimi təkamül etməsi onların daha yüksək intellekt və davranış uyğunlaşması qazanmasına səbəb olub.
Alimlərin fikrincə, əsas fərq immun sistemindədir. Pişiklərdə bu sistem daha səmərəli işləyir: köhnə və zədələnmiş hüceyrələri vaxtında aradan qaldırır, infeksiyalara qarşı effektiv mübarizə aparır və şişlərin yaranmasını əngəlləyir. Onlarda bəzi xərçəng növlərinə tutulma riski daha aşağıdır və xroniki iltihab prosesləri itlərə nisbətən daha yavaş inkişaf edir.
Nəticə olaraq, pişiklər təkamül prosesində enerjilərini güclü sağlamlığa yönəldərək daha uzun və stabil ömür qazanıblar.
Samir


