Fenq-şuy üzrə ekspertlər evdəki bolluq və rahatlıq enerjisini bərpa etmək üçün insanlarə dərhal şkaflarını yoxlamağı tövsiyə edirlər.
HİT.az xəbər verir ki, bu barədə “Marie Claire” nəşri yazıb.
Qeyd olunur ki, numeroloqlara görə, ətraf mühit insanın gündəlik emosional vəziyyətinə və enerji axınlarına birbaşa təsir göstərir. Bəzi gündəlik əşyalar isə guya həyatda blokaj yarada bilər.
Çox diqqət çəkən “riskli” əşyalar
Fenq-şuy təlimlərinə əsasən, şkaflarda boş asılqanların saxlanılması xüsusi mənaya malikdir. İlk baxışda əhəmiyyətsiz görünsə də, bu boş asılqanlar “boşluq və natamamlıq” simvolu kimi yozulur.
Mütəxəssislərin iddiasına görə, istifadə olunmayan boş asılqanlar insanın şüuraltında itki, yarımçıq işlər və emosional boşluq hisslərini gücləndirə bilər. Xüsusilə emosional çətinlik dövrlərində bu təsir daha güclü ola bilər.
Fenq-şuy ustaları yalnız həqiqətən ehtiyac olan qədər asılqan saxlamağı məsləhət görürlər. Lakin onların atılması vacib deyil — təkrar istifadə və ya ehtiyacı olanlara verilməsi daha uyğun sayılır.
Enerji axınını bloklaya biləcək digər əşyalar
* xoşagəlməz xatirə ilə bağlı hədiyyələr
* köhnəlmiş və ya zədələnmiş alt paltarları
* istifadə müddəti keçmiş kosmetik vasitələr
* illərlə saxlanılan köhnə qəbzlər
* rahat olmayan, köhnəlmiş ayaqqabılar
* heç vaxt geyinilməyəcək paltarlar
Mütəxəssislərin fikrincə, lazımsız əşyalardan qurtulmaq həm fiziki, həm də psixoloji “yüngüllük” yaradır və guya insanın həyatında dəyişikliklər üçün yer açır.
Samir


