Tarixin 8 iyunu...

MARAQLI
15:30 / 08.06.2026
101

Bu gün tarixin vərəqlərində 8 iyundayıq.

Hit.az bildirir ki, 8 iyun Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Ümumdünya Okeanlar Günü kimi qeyd olunur.

Peruda isə bu gün Mühəndislər Günüdür. Eyni zamanda, 8 iyunda bir sıra mühüm hadisələr baş verib, bəzi görkəmli şəxslər dünyaya gəlib, bəziləri isə aramızdan ayrılıb. İndi məhz onları xatırlayacağıq...

8 iyunda baş verənlər:
1949-cu ildə Corc Oruellin dünyaca məşhur “1984” romanı nəşr olunub. 1968-ci ildə İtaliya milli futbol komandası Avropa Çempionatını qazanıb. 1986-cı ildə keçirilən seçkilərdə Kurt Valdheym Avstriya prezidenti seçilib. 2021-ci ildə El-Salvador “Bitkoin”i rəsmi pul vahidi elan edən ilk ölkə olub. 

8 iyunda doğulanlar:
1671-ci ildə italiyalı bəstəkar Tomazo Albinoni, 1810-cu ildə alman bəstəkar Robert Şuman, 1829-cu ildə ingilis rəssam Con Everett Mille, 1867-ci ildə amerikalı memar Frank Lloyd Rayt, 1921-ci ildə İndoneziyanın sabiq prezidenti Suxarto, 1925-ci ildə ABŞ-nin keçmiş birinci xanımı Barbara Buş, 1984-cü ildə argentinalı sabiq futbolçu, baş məşqçi Xavier Maskerano və 1967-ci ildə Milli Məclisin IV, V və VI çağırış deputatı Kamilə Əliyeva dünyaya gəlib.

8 iyunda vəfat edənlər:
1963-cü ildə bəstəkar Moisey Vaynşteyn və 1981-ci ildə Azərbaycanın ilk peşəkar qadın müğənnisi, ilk opera aktrisası, Xalq artisti Şövkət Məmmədova dünyasını dəyişib.

Həmçinin, 1492-ci ildə İngiltərə kraliçası Elizabet Vudvil, 1845-ci ildə ABŞ-nin 7-ci prezidenti Endrü Cekson, 1876-cı ildə fransız yazıçı Jorj Sand, 1970-ci ildə amerikalı psixoloq Abraham Maslov və 2007-ci ildə amerikalı filosof Riçard Rorti vəfat edib.

Pərviz

0