Türkiyədə ötən həftənin ən çox izlənilən serialları bəlli olub.
Hit.az xəbər verir ki, 1-7 iyun tarixlərində “Total” kateqoriyasında “Taşacak Bu Deniz” zirvədə yer alıb.
“Kanal D”nin yeni serialı "Daha 17" yüksək reytinq toplayaraq 4-cü sıraya yüksəlib. Həmçinin, “A.B.İ.” və “Eşref Rüya”nın da reytinqi artıb. Bundan əlavə, “Gönül Dağı” aylar sonra onluğa geri qayıdıb. “Kanal D” 4, “TRT1” isə 3 serialla “TOP-10”-a damğa vurub.
Beləliklə, keçən həftənin ən yüksək reytinq toplayan serialları aşağıdakılardır:
1. “Taşacak Bu Deniz” – “TRT1”
2. “Uzak Şehir” – “Kanal D”
3. “Sevdiğim Sensin” – “Star”
4. “Daha 17” – “Kanal D”
5. “Eşref Rüya” – “Kanal D”
6. “Güller ve Günahlar” – “Kanal D”
7. “A.B.İ”. – “ATV”.
8. “Teşkilat” – “TRT1”
9. “Halef: Köklerin Çağrısı” – “Now TV”
10. “Gönül Dağı” – “TRT1”.
Pərviz Şimşək


