Bu gün tarixin vərəqlərində 9 iyundayıq.
Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr baş verib.
Həmçinin, 9 iyun çox sayda görkəmli şəxsin doğum və ya vəfat günü xatırlanır. Bundan başqa, 9 iyun Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Dostlar Günü kimi qeyd olunur. Uqanda da isə bu gün Milli Qəhrəmanlar Günüdür.
9 iyunda baş verənlər:
1992-ci ildə Azərbaycan, Pakistan və Türkmənistan arasında diplomatik əlaqələr qurulub. 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gəlib.
1940-cı ildə İkinci Dünya müharibəsi zamanı Norveç rəsmən Almaniyaya təslim olub. 1950-ci ildə Türkiyədə Adnan Menderes Demokrat Partiyasının sədri seçilib. 2019-cu ildə Qazaxıstanda keçirilən seçkilərdə Qasım-Comərd Tokayev yenidən prezident seçilib.
9 iyunda doğulanlar:
1946-cı ildə Xalq artisti, tarzən Vamiq Məmmədəliyev, 1960-cı ildə rəssam Ucal Haqverdiyev və həmin tarixdə Xalq artisti, bəstəkar Ülviyyə Hacıbəyova doğulub.
Dünyada isə 1672-ci ildə Rusiya imperatoru I Pyotr, 1952-ci ildə türk müğənni Bülənt Ərsoy, 1963-cü ildə amerikalı aktyor Conni Depp, 1978-ci ildə alman futbolçu Miroslav Kloze, 1981-ci ildə amerikalı aktrisa Natali Portman və 1984-cü ildə niderlandlı futbolçu Uesli Sneyder doğulub.
9 iyunda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Vüqar Mürsəlov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1989-cu ildə Xalq artisti, müğənni Rəşid Behbudov, 2017-ci ildə dövlət xadimi Natiq Əliyev, 2021-ci ildə Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəyli vəfat edib. Həmçinin, 1825-ci ildə Fransa şahzadəsi Polina Bonapart, 1870-ci ildə ingilis yazıçı Çarlz Dikkens və 2013-cü ildə şotland yazıçı İen Benks dünyasını dəyişib.
Pərviz


