Tarixin 12 iyunu...

MARAQLI
15:00 / 12.06.2026
88

Bu gün tarixin vərəqlərində 12 iyundayıq.

Hit.az bildirir ki, bu gün ölkədə və dünyada bir çox mühüm hadisə baş verib.

Bu dəfə onları, eləcə də 12 iyunda doğulan və vəfat edən görkəmli şəxsləri xatırlayacağıq. Əvvəlcə diqqətə çatdıraq ki, 12 iyun Birləşmiş Millətlər Təşkilatı (BMT) Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Həmçinin, Rusiyada Rusiya Günü, Filippində Müstəqillik Günü, Finlandiya isə Helsinki Günüdür. Beləliklə, tarixin 12 iyununu xatırlayaq...

12 iyunda baş verənlər:
2015-ci ildə Bakıda Avropa Oyunlarının açılış mərasimi təşkil olunub. 2020-ci ildə Bakıda Avropa Çempionatının ilk oyunu keçirilib. 2022-ci ildə “Formula-1” yarışında Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibi olub.

Dünyada isə 1964-cü ildə Afrika milli konqresinin rəhbəri Nelson Mandela CAR-da ömürlük həbs cəzasına məhkum edilib. 1987-ci ildə Brandenburq qapısında ABŞ prezidenti Ronald Reyqan açıq şəkildə SSRİ lideri Mixail Qorbaçova Berlin divarını sökməyə çağırıb. 1991-ci ildə Boris Yeltsin Rusiyanın prezidenti seçilib. 1998-ci ildə Fransa milli futbol komandası 1998 FİFA Dünya Kubokunu qazanıb.

12 iyunda doğulanlar:
1928-ci ildə  Xalq yazıçısı İsa Muğanna, 1932-ci ildə Xalq artisti, aktyor Hacıbaba Bağırov, 1947-ci ildə Xalq artisti, aktrisa Leyla Şıxlinskaya, 1948-ci ildə Milli Məclisin III, IV və V çağırış deputatı Yevda Abramov, 1982-ci ildə futbolçu Anatoli Ponomaryov və 1994-cü ildə futbolçu Şahrudin Məhəmmədəliyev dünyaya gəlib. 

Xaricdə isə 1828-ci ildə sloven yazıçı Luiza Pesyak, 1915-ci ildə amerikalı bankir Devid Rokfeller, 1924-cü ildə ABŞ-nin 41-ci prezidenti Corc Herbert Volker Buş, 1928-ci ildə Kuba inqilabçısı Ernesto Çe Qevara, 1979-cu ildə argentinalı futbolçu Dieqo Milito, 1979-cu ildə türk aktrisa və aparıcı Evrim Akın, 1981-ci ildə braziliyalı model Adriana Lima və 1992-ci ildə braziliyalı futbolçu Filipe Koutinyo doğulub.

12 iyunda vəfat edənlər:

1992-ci ildə Milli Qəhrəmanlar Allahverdi Bağırov və İnqilab İsmayılov şəhid olub.

1806-cı ildə Qarabağ xanı İbrahimxəlil xan, 1976-cı ildə Əməkdar artist, aktyor Abbas Rzayev, 1995-ci ildə şair Şəkər Aslan, 2007-ci ildə Əməkdar elm xadimi, professor Ağabəy Sultanov, 2010-cu ildə Əməkdar jurnalist Mailə Muradxanlı və 2021-ci ildə Əməkdar elm xadimi, fizik Çingiz Qacar vəfat edib.

Xaricdə isə 1978-ci ildə çinli yazıçı Qo Mojo, 1989-cu ildə Osmanlı şahzadəsi Nilufər xanım Sultan, 2003-cü ildə amerikalı aktyor Qreqori Pek və 2012-ci ildə Türkiyənin “Ülker” şirkətinin qurucusu Sabri Ülker dünyasını dəyişib.

Pərviz

0