Bu gün tarixin vərəqlərində 16 iyundayıq.
Hit.az bildirir ki, bu gün Azərbaycanda və dünyada bir sıra mühüm hadisələr baş verib.
Həmçinin, çox sayda unudulmaz şəxsin doğum, eləcə də vəfat tarixi 16 iyuna təsadüf edir. Biz də onların hər birini xatırlayacağıq. Beləliklə, tarixin 16 iyununa nəzər salırıq...
16 iyunda baş verənlər:
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası arasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi imzalanıb. 1995-ci ildə “Sara TV” təsis edilib. 2003-cü ildə Zəngəzur Milli Parkı yaradılıb.
Həmçinin, 1903-cü ildə “Ford” şirkəti qurulub. 1963-cü ildə Valentina Tereşkova kosmosa çıxan ilk qadın olub. 1983-cü ildə Yuri Andropov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.
16 iyunda doğulanlar:
1888-ci ildə Xalq artisti, aktyor Hacıağa Abbasov, 1982-ci ildə baş məşqçi Aqil Nəbiyev, 1851-ci ildə gürcü yazıçı Yekaterina Qabaşvili, 1858-ci ildə İsveç kralı V Qustav, 1873-cü ildə rus opera müğənnisi Antonina Nejdanova, 1956-cı ildə italiyalı baş məşqçi Cianni De Byazi, 1971-ci ildə amerikalı repçi Tupak Şakur, 1986-cı ildə uruqvaylı futbolçu Fernando Muslera və 1990-cı ildə braziliyalı futbolçu Pedro Enrike doğulub.
16 iyunda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Muxtar Qasımov, 1993-cü ildə isə Milli Qəhrəman Elbrus Allahverdiyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1920-ci ildə general-mayor İbrahim ağa Usubov, 1984-cü ildə Xalq artisti, aktrisa Kseniya Babiçeva, 2021-ci ildə sabiq deputat İbrahim İbrahimli, 1944-cü ildə fransız tarixçi Mark Blok, 2017-ci ildə Almaniyanın ilk kansleri Helmut Kol və 2018-ci ildə rus dirijor Gennadi Rojdestvenski vəfat edib.
Pərviz


