Bermud üçbucağı daim öz sirrilə illərdir insanların beynində qalır.
Bu sirr hər kəsdə adaya qarşı maraq hissi oyadır. İllərdir ard-arda baş verən qəribə hadisələr hələ də sirr kimi yaddaşlara həkk olunub. Bermud üçbucağı müəmmalı dünyasına görə “Şeytan üçbucağı” da adlanır. Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq təxminən yarım milyon kvadrat mil sahəni əhatə edir.
Bermud üçbucağı ilə bağlı ilk anormal hadisə 1964-cü ildə amerikalı yazıçı Vincent Qaddisin ABŞ hərbi donanmasına məxsus 5 bombardmançı təyyarənin müəmmalı şəkildə itməsi haqqında yazdığı məqalənin dərc olunması ilə başlayır. Daha sonra ərazidə qeydə alınan ilk hadisələrdən biri 1779-cu ildə Tomas Lunç və həyat yoldaşı Bermud üçbucağı ərazisində Qərbi Hind adalarına gedərkən yoxa çıxmaları idi. O, ABŞ İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri olub.
Digər hadisə isə 1880-ci ildə Britaniyaya məxsus hərbi gəmi Bermud adalarından İngiltərəyə gedərkən yoxa çıxdı. Hadisə nəticəsində 281 nəfər həyatını itirdi.
Sonralar ərazi ilə bağlı bir çox hadisələr gündəmə gəlir. Bəzi iddiaçılar Bermudda itən gəmiləri adada metan qazının çox olması ilə əlaqələndirirlər. Lakin bunun elmi açıqlaması yoxdur. İnsanlar yoxa çıxmaların səbəbinin naməlum qüvvələr olduğunu iddia edirlər. Ancaq elmə əsaslanan bəzi şəxslər bunu yalanlayırlar.
Doğrudanmı ada sirrlidir? Bu suala pilot və qəzetçi Larri Kuşçe cavab olaraq üçbucağında heç bir sirrin olmadığını bildirib. Bəziləri üçbucağın sadəcə uydurma olması ilə bağlı geniş yayılmış düşüncələr irəli sürür. Lakin yoxa çıxmaların əsas səbəbləri kimi qasırğalar, güclü okean cərəyanları, təhlükəli dayaz sular və kompas sapmaları göstərilə bilər.
ABŞ Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi hesab edir ki, bu kimi faktlar mövcud deyil, sadəcə uydurulmuş fantastikadır. Hətta onlar Bermud üçbucağını rəsmi coğrafi ad kimi tanımırlar.
Arzu İbrəhimova


