Nagihan “Survivor”da finala çıxdı

MARAQLI
10:03 / 19.06.2026
296

Türkiyənin “TV8” telekanalında yayımlanan “Survivor 2026” proqramının finalçıları bəlli olub.

Hit.az xəbər verir ki, Mert Nobre ve Nagihan Karadere finalda yarışacaqlar.

Beləliklə, Nagihan illər sonra “Survivor”da yenidən final həyacanı yaşayacaq. O, 2018-ci ildə sözügedən yarışmada ikinci olmuşdu. Yəni 8 il sonra yenidən finalda çempionluq üçün mübarizə aparacaq. 

Onu da xatırladaq ki, Nagihan “Survivor”da 2016-cı ildə 5-ci, 2022-ci ildə də 6-cı olub. 2024-cü ildə isə zədə səbəbindən yarışmadan çəkilib.

Aslan

0