Bu gün tarixin vərəqlərində 23 iyundayıq.
Hit.az bildirir ki, bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.
Estoniyada isə bu gün Qələbə Günü kimi qeyd olunur. Həmçinin, 23 iyun tarixdə bir sıra hadisələr, görkəmli şəxslərin doğumu və vəfatı ilə də yadda qalıb. Beləliklə, tarixin 23 iyununa nəzər salırıq...
23 iyunda baş verənlər:
1894-cü ildə Beynəlxalq Olimpiya Komitəsi Paris Universitetində baron Pyer de Kubertenin təşəbbüsü ilə təsis olunub. 1961-ci ildə Antarktidanı elmi qoruq kimi ayıran və qitədə, onun adalarında və buz şelflərində hərbi fəaliyyəti məhdudlaşdıran Antarktika haqqında konvensiya qüvvəyə minib. 2016-cı ildə səsvermənin nəticələrinə əsasən, seçicilərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib. 1995-ci ildə “Neftçi” Azərbaycan Superkubokunu qazanıb.
23 iyunda doğulanlar:
1913-cü ildə Xalq şairəsi Nigar Rəfibəyli, 1889-cu ildə rus şairə Anna Axmatova, 1894-cü ildə Böyük Britaniya kralı VIII Eduard, 1901-ci ildə türk şair Əhməd Həmdi Tanpınar, 1912-ci ildə ingilis riyaziyyatçı Alan Türinq, 1954-cü ildə ispan aktrisa Lina Romay, 1965-ci ildə rus müğənni Valeri Meladze, 1972-ci ildə fransız sabiq futbolçu və baş məşqçi Zinəddin Zidan doğulub.
23 iyunda vəfat edənlər:
2018-ci ildə sabiq müdafiə sənayesi nazir Yavər Camalov, 1943-cü ildə gürcü şair Lado Asatiani, 1953-cü ildə fransız rəssam Alber Qlez, 1954-cü ildə türk general Salih Omurtak, 1972-ci ildə gürcü aktyor Akaki Xorava, 2010-cu ildə ukraynalı pianoçu Vsevolod Vorobyov və 2013-cü ildə amerikalı yazıçı Riçard Metison vəfat edib.
Pərviz


