Tarixin 7 iyulu...

MARAQLI
14:30 / 07.07.2026
102

Bu gün tarixin vərəqlərində 7 iyuldayıq.

Hit.az bildir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr baş verib.

Eyni zamanda, 7 iyul çox sayda görkəmli şəxsin doğum, eləcə də vəfat günü kimi xatırlanır. Beləliklə, tarixin 7 iyuluna nəzər salırıq...

7 iyulda baş verənlər:
1923-cü ildə Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.1992-ci ildə Azərbaycan və Tailand arasında diplomatik əlaqələr qurulub.

Dünyada isə 1543-cü ildə Fransa Lüksemburqu işğal edib. 1828-ci ildə Qars Rus işğalına məruz qalıb. 1941-ci ildə İkinci Dünya müharibəsi zamanı Fransa və İngiltərə Beyrutu işğal edib. 1974-cü ildə Qərbi Almaniya milli futbol komandası 1974 FİFA Dünya Kubokunu qazanıb. 1985-ci ildə Boris Beker 17 yaşında Uimbldon tennis turnirini qazanan ən gənc oyunçu olaraq tarixə keçib. 1991-ci ildə ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2019-cu ildə Braziliya milli futbol komandası Amerika Kubokunda çempion olub.

7 iyulda doğulanlar:
1984-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılov, 1961-ci ildə Əməkdar artist, aktyor Ələkbər Hüseynov, 1968-ci ildə Əməkdar artist, bəstəkar, müğənni Elza Seyidcahan və 1974-ci ildə ilahiyyatçı Hacı Şahin dünyaya gəlib.

1843-cü ildə italiyalı alim Kamillo Qolci, 1848-ci ildə Braziliyanın 5-ci prezidenti Fransisku di Paula Rodrigis Alvis, 1860-cı ildə avstrialı bəstəkar Qustav Maler, 1901-ci ildə iltaliyalı kinorejissor Vittorio de Sika, 1907-ci ildə sloveniyalı aktrisa İta Rina, 1940-cı ildə ingilis musiqiçi Rinqo Star və 1983-cü ildə amerikalı kinorejissor Robert Eqqers doğulub.

7 iyulda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Rəfael Həbibov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1930-cu ildə Böyük britaniyalı yazıçı Artur Konan Doyl, 1973-cü ildə amerikalı aktrisa Veronika Leyk, 1993-cü ildə alban tarixçi Aleks Buda, 2006-cı ildə ingilis müğənni Sid Barrett və 2014-cü ildə Gürcüstanın 2-ci prezidenti Eduard Şevardnadze vəfat edib.

Pərviz

0